Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov Azərbaycan millisinə rəhbərlik edə biləcəyini istisna etmir.
Bizim.Media xəbər verir ki, bu ilin iyulunda o, iki dəfə ölkə çempionu olduğu Macarıstanın “Ferencvaros” klubundan ayrılıb.
"Assosiasiyadan (AFFA – red.) mənə heç bir zəng gəlməyib. İndi azad məşqçi kimi Moskvadayam. Müəyyən maraq var, amma ciddi təklif və maraqlı çağırışlar olsa, məni tapmaq heç də çətin deyil, fikir mübadiləsi apara bilərik” deyə o, qeyd edib.
Stanislav Çerçesov əlavə edib ki, yığmada çalışmaq çox ciddi işdir və buna səthi yanaşmaq olmaz:
“Bir daha deyirəm, Azərbaycan millisinin potensialı var və onu üzə çıxarmaq üçün keyfiyyətli addım atılmalıdır. Əgər zəng etsələr, danışmağa hazıram”.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:23 / 26.11.2023
Rusiyalı mütəxəssis Azərbaycan millisinə rəhbərlik edə bilər
Hazırda oxunan: Rusiyalı mütəxəssis Azərbaycan millisinə rəhbərlik edə bilər
Hazırda oxunan: Rusiyalı mütəxəssis Azərbaycan millisinə rəhbərlik edə bilər
166156
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.