Fələstini dəstəkləyən futbolçu HƏBS EDİLDİ

Hazırda oxunan: Fələstini dəstəkləyən futbolçu HƏBS EDİLDİ

166100

''Nitsa'' və Əlcəzair yığmasının üzvü Yusef Atal noyabrın 23-də həbs edilib.

Bizim.Media xəbər verir ki, səbəb onun Fələstinə dəstək verməsidi.

Oktyabrın sonlarında Atal sosial şəbəkədə bir fələstinlinin yəhudilərə belə desək, bəddua etdiyi bir videonu paylaşmışdı. Videoda fələstinli şəxs Allahdan yəhudilərə ''qara gün'' göndərməyi və fələstinlilərə yardım əlini uzatmağı xaiş edirdi. 

Çox keçmədən Atal bu paylaşımı silməyə, üstəlik üzr istəməyə də məcbur olmuşdu. Buna baxmayaraq ''Nitsa'' rəhbərliyinin qərarı ilə o, qeyri-müəyyən müddətə əsas komandadan kənarlaşdırıldı.

Eləcə də Liqa-1 rəhbərliyi tərəfindən 7 oyunluq cəza aldı. Atal noyabrın 18-də Əlcəzairin Mozambikə qarşı keçirdiyi matçda meydanda olmuşdu. Nitsa prokurorluğu hələ oktyabrın 16-da ''terrorizm, nifrət və zorakılığın ictimailəşdirilməsi'' üzündən Atala qarşı araşdırmaya başlanıldığını açıqlamışdı. 
Məhz bu araşdırma nəticəsində futbolçu ''irqi və dini nifrəti təbliğ etmə'' maddəsi ilə günahlandırılaraq müvəqqəti təcridxanaya yerləşdirilib. Atalın bu gün ilk dəfə hakim qarşısına çıxacağı gözlənilir.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin