Sərhədçi İdman Mərkəzində Azərbaycan nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ – FOTO

Hazırda oxunan: Sərhədçi İdman Mərkəzində Azərbaycan nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ – FOTO

165795

Hərbçilər arasında Güləş üzrə 36-cı dünya çempionatının təşkilat komitəsinin rəhbərliyi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 27 noyabr – 3 dekabr tarixlərində “Sərhədçi” İdman Mərkəzində keçiriləcək yarışlarda iştirak edəcək idmançıların hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Silahlı Qüvvələrdə hərbiçilərin fiziki hazırlıq və idman sahəsinə göstərilən yüksək diqqət və qayğı nəticəsində hərbi qulluqçuların beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməsi və yeni-yeni uğurlara nail olması xüsusi vurğulanıb.

Dünya çempionatının ölkəmizdə keçirilməsinin məsuliyyəti və əhəmiyyəti xatırladılıb, ölkəmizi təmsil edəcək idmançıların siyahısı təqdim edilib.
Sonda qalib ölkənin idmançılarına keçiriləcək yarışlarda müvəfəqiyyətlər və uğurlar arzulanıb.

Beynəlxalq Hərbi İdman Şurasının Güləş üzrə 36-cı dünya çempionatında Azərbaycan Respublikasını təmsil edəcək heyətimiz çəkilər üzrə aşağıdakı tərkibdə olacaq:

Komandanın rəhbəri: Firdovsi Umudov

Məşqçi: Cəbrayıl Həsənov

Məşqçi: Həsən Əliyev

Məşqçi: Toğrul Əsgərov

Sərbəst Güləş

Rzazadə Əliabbas – 57 kq

Allahverdiyev Ceyhun – 61 kq

Rəhimzadə Əli – 65 kq

Əliyev Hacı – 70 kq

Bayramov Turan – 74 kq

Abbasov Orxan – 79 kq

Cabbarov Fərid – 86 kq

Yusubov İbrahim – 92 kq

Əliyev Zəfər – 97 kq

Həmidli Rahid – 125 kq

Yunan – Roma Güləşi

Sadıxlı Fərid – 55 kq

Quluzadə Nihad – 60 kq

Babaşov Ziya – 63 kq

Məmmədli Həsən – 67 kq

Qənizadə Ülvi – 72 kq

Qurbanov Qurban – 77 kq

Əliyev Azad – 82 kq

Vəliyev Laçın – 87 kq

Əhmədiyev Murad – 97 kq

Məmmədov Sərxan – 130 kq

Qadınlar

Məmmədova Elnurə – 50 kq

Şirinova Gültəkin – 53 kq

Səmədova Nərgiz – 55 kq

Əliyeva Jalə – 57 kq

Məmmədova Ruzanna – 59 kq

Soltanova Birgül – 62 kq.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin