Prosineçki yenidən millimizin baş məşqçisi OLA BİLƏR  

Hazırda oxunan: Prosineçki yenidən millimizin baş məşqçisi OLA BİLƏR  

165773

Futbol üzrə milli komandamızın baş məşqçisi Cani De Byazi istefaya göndəriləndən sonra artıq yığmamız üçün yeni namizədlərin adları hallanmağa başlayıb.  

Bizim.Media xəbər verir ki, ilk olaraq xorvatiyalı Robert Prosineçki variantı ortaya çıxıb.  

Daha doğrusu, menecerlər vasitəsilə onun xidməti AFFA-ya təklif olunub.  

Hətta İcraiyyə Komitəsinin bəzi üzvləri Prosineçkinin qayıtmasına müsbət yanaşır. Onun futbolçularla işləmə bacarığı, habelə yerli şəraitə yaxşı uyğunlaşması baxımından millimiz üçün faydalı olacağını düşünənlər az deyil.  
Xatırladaq ki, Robert Prosineçki 2014-cü ildən 2017-ci ilədək milli komandamızın baş məşqçisi olub. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin