2026-cı illdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya Argentina millisi ilə qarşılaşıb.
Bizim.Media xəbər verir ki, “Marakana” stadionunda keçirilən oyun tribunalardakı iğtişaşlar səbəbindən təxminən yarım saat gec başlayıb.
Dövlət himnləri səsləndirilərkən azarkeşlər arasında dava düşüb. Baş verənlərə polis müdaxilə etmək məcburiyyətində qalıb.
Argentina millisinin azarkeşləri asayiş keşikçilərinə oturacaqlar atıblar.
Oyun 1:0 Argentina millisinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Nikolas Otamendi vurub. 81-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Joelinton kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb.
Braziliya millisi ardıcıl 3-cü matçında məğlub olaraq 6 oyundan 7 xal toplayaraq turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Hazırkı dünya çempionu argentinalılar 6 görüşdən 15 xalla liderdir.
Komandalar növbəti seçmə oyunlarını 4 sentyabr 2024-cü ildə keçirəcək. Argentinalılar Çili millisini, braziliyalılar evdə Ekvador yığmasını qəbul edəcək.
Bizim.Media