Avro-2024-ün seçmə mərhələsi başa çatmaq üzrədir. Bu gün daha 3 qrupda mübarizəyə yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, həm C, həm E, həm də H qrupunda finala bərabər bir görüş keçiriləcək.
Belə ki, Ukrayna – İtaliya, Çexiya – Moldova və Sloveniya – Qazaxıstan matçlarının nəticələri final mərhələsinə vəsiqə qazanacaq növbəti 3 komandanın adına aydınlıq gətirəcək.
Bu cütlərdə Ukrayna, Moldova və Qazaxıstan qitə birinciliyinə yollanmaq üçün mütləq qalib gəlməlidirlər. Əks təqdirdə, onların rəqibləri Almaniyada təşkil olunacaq turnirdə iştirak hüququna yiyələnəcəklər.
Qeyd edək ki, bu qruplarda İngiltərə, Albaniya və Danimarka final mərhələsinə vəsiqəni öncədən rəsmiləşdiriblər.
Avro-2024: seçmə mərhələ, X tur
C qrupu
23:45. Şimali Makedoniya – İngiltərə
23:45. Ukrayna – İtaliya
Xal durumu: İngiltərə – 19, İtaliya – 13, Ukrayna – 13, Şimali Makedoniya – 7, Malta – 0.
E qrupu
23:45. Albaniya – Farer adaları
23:45. Çexiya – Moldova
Xal durumu: Albaniya – 14, Çexiya – 12, Polşa – 11, Moldova – 10, Farer adaları – 1.
H qrupu
23:45. Şimali İrlandiya – Danimarka
23:45. San Marino – Finlandiya
23:45. Sloveniya – Qazaxıstan
Xal durumu: Danimarka – 22, Sloveniya – 19, Qazaxıstan – 18, Finlandiya – 15, Şimali İrlandiya – 6, San Marino – 0.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
12:02 / 20.11.2023
AVRO-2024: Qazaxıstan və Moldova final mərhələsinə vəsiqə qazana bilər
Hazırda oxunan: AVRO-2024: Qazaxıstan və Moldova final mərhələsinə vəsiqə qazana bilər
Hazırda oxunan: AVRO-2024: Qazaxıstan və Moldova final mərhələsinə vəsiqə qazana bilər
165199
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.