Bu gün 18 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatı start götürür.
Bizim.Media xəbər verir ki, Latviyanın Daugavpils şəhərində təşkil olunan yarışın ilk günündə Azərbaycan komandasının rəqibi meydan sahibi Latviya millisidir.
Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Noyabrın 26-dək davam edəcək çempionatda millimiz Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşa komandalarına qarşı da mübarizə aparacaq.
Qeyd edək ki, Şahin Çatmanın rəhbərlik etdiyi komandamıza 14 idmançı cəlb edilib.
Yığmamızın heyətində yer alan voleybolçularımız ilk dəfədir ki, beynəlxalq yarışda iştirak edirlər. “AVRO-2024”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Komandamıza uğurlar arzu edirik.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
11:44 / 20.11.2023
Gənc voleybolçularımız Avropa çempionatında mübarizəyə BAŞLAYIR
Hazırda oxunan: Gənc voleybolçularımız Avropa çempionatında mübarizəyə BAŞLAYIR
Hazırda oxunan: Gənc voleybolçularımız Avropa çempionatında mübarizəyə BAŞLAYIR
165197
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.