Qadın şahmatçılarımız bu gün Avropa çempionu ola bilər

Hazırda oxunan: Qadın şahmatçılarımız bu gün Avropa çempionu ola bilər

165186

Bu gün Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatına yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, yarışın son günündə Azərbaycanın qadın şahmatçılardan ibarət millisi Serbiya ilə qarşılaşacaq.

Hazırda 13 xalla ikinci pillədə qərarlaşan yığma son turda qələbə qazansa, qitə çempionu ola bilər. Lakin bunun üçün həm də lider Bolqarıstan (14 xal) Gürcüstana uduzmalıdır. Azərbaycan komandası öz oyununu qələbə ilə başa vursa, ən pis halda gümüş medallara sahib çıxacaq.
Azərbaycanın kişi şahmatçıları isə son turda İtaliya yığması ilə üz-üzə gələcək. Səkkiz turdan sonra 8 xalla 20-ci sırada yer alan komandamızın medal şansı qalmayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin