"Bu gün 10 nəfərlə oynamaq çətin idi. Uşaqlar bundan artığını edə bilməzdilər".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Belçikaya 0:5 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur matçından sonra mətbuat konfransında deyib.
67 yaşlı mütəxəssis qarşılaşmanın çox ağır alındığını vurğulayıb: "Güclü rəqibə qarşı mübarizə apardıq. Qrupda yalnız bir heç-heçələri var idi. O da məlum səbəblərə görə yarımçıq dayandırılmış görüşdür. Üç gündən bir oynamaq bizə çətindir. Seçmə mərhələdə az xal yığsaq da, sonadək mübarizə apardıq".
İtaliyalı baş məşqçi Eddi İsrafilova start heyətdə şans verməsinə toxunub:
"Fiziki baxımdan bunu nəzərə almalıyıq. Özümüz də uşaqlarla danışırıq. Eddi İsveçə qarşı yaxşı oyun sərgiləmişdi. Planımız fasilədə onu Coşqun Diniyevlə əvəzləmək idi. Amma alınmadı. İkinci hissədən daha çox razı qaldım. Birinci hissəyə yaxşı başlamamışdıq. Mənim komandalarım heç vaxt təslim olmamalıdır. 8 nəfərlə qalsaq da, sonadək döyüşməliyik".
Bizim.Media
- A-
- A
- A+
İdman
23:31 / 19.11.2023
Canni De Byazi: "Uşaqlar bundan artığını edə bilməzdilər"
Hazırda oxunan: Canni De Byazi: "Uşaqlar bundan artığını edə bilməzdilər"
Hazırda oxunan: Canni De Byazi: "Uşaqlar bundan artığını edə bilməzdilər"
165146
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.