AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunda Belçika ilə üz-üzə gələcək Azərbaycan millisi səfərə yollanıb.
Bizim.Media xəbər verir ki, yığma üzvləri çarter reysi ilə sözügedən ölkəyə gediblər.
AFFA-nın baş katibi Sərxan Hacıyev, vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və "Qəbələ"nin prezidenti Fariz Nəcəfov da səfərə yollanıblar.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bakıda İsveçi üç cavabsız qolla üstələyib. Noyabrın 19-da reallaşacaq Belçika - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:13 / 17.11.2023
İsveçi məğlub edən Azərbaycan millisi Belçikaya yollandı
Hazırda oxunan: İsveçi məğlub edən Azərbaycan millisi Belçikaya yollandı
Hazırda oxunan: İsveçi məğlub edən Azərbaycan millisi Belçikaya yollandı
164826
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.