Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur “İşte benim stilim” moda müsabiqəsinin qalmaqallı iştirakçıları Bahar və Nihal Candan bacıları çirkli pulların yuyulmasında təqsirli bilindikləri üçün hüquq mahifizə orqanları tərəfindən saxlanılıblar.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, İstanbulda “cinayət təşkilatına üzv olmaq” və “cinayət yolu ilə əldə edilmiş əmlakı yumaq” cinayətlərinə görə saxlanılan Candan bacıları və onları müşayiət edən şübhəli Hacı İsrafil S. tutularaq məhkəmə orqanları tərəfindən həbsxanaya göndərilib.
Qərardan sonra Ədliyyənin binasının dəhlizində sinir krizi keçirən Nihal hönkür-hönkür ağlarayaq dəfələrcə "Niyə?!" deyə üsyan edib.
Qeyd edək ki, daha əvvəl sosial şəbəkə fenomeni Dilan Polat, bacısı Sıla Doğu, həyat yoldaşı Engin Polat və onun qardaşı Kürşat Polat, atası Sezgin Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də eyni ittihamlar səbəbi ilə qolları qandallanaraq həbs olunublar.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
İdman
23:58 / 16.11.2023
Bahar və Nihal Candan bacıları göz yaşı içində HƏBS OLUNDULAR - VİDEO
Hazırda oxunan: Bahar və Nihal Candan bacıları göz yaşı içində HƏBS OLUNDULAR - VİDEO
Hazırda oxunan: Bahar və Nihal Candan bacıları göz yaşı içində HƏBS OLUNDULAR - VİDEO
164721
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.