Keçmiş futbolçu Rivaldo və “Əl-Hilal”ın futbolçusu Neymarın bacısı Rafaella Santosun Braziliyada dövlət çevrilişinə cəhddə ittiham olunur.
Bizim.Media xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Bildirilib ki, Braziliyada prezident Lula da Silvanın seçkilərdə qələbəsindən sonra baş verən iğtişaşlarda və çevriliş cəhdlərində sözügedən şəxslər də iştirak edib.
Prokurorluq onları dövlət çevrilişinə cəhdləri maliyyələşdirməkdə ittiham edib. İğtişaşlara Lula da Silvanın Jair Bolsonaro üzərində qələbəsi səbəb olub.
Baş verən hadisələr zamanı saxlanılanlardan ifadələr alınarkən bəziləri bu çevriliş cəhdlərini maliyyələşdirən şəxslər arasında “Barselona”nın keçmiş hücumçusu və Neymarın bacısının da olduğunu etiraf ediblər.
Rivaldo iğtişaşların təşkilinə 10 min avro ianə verməkdə ittiham edilir. Rafaella Santosa gəlincə, vəkilləri onun nümayişlərə pul göndərmədiyini bildirib.
Bizim.Media
- A-
- A
- A+
İdman
00:26 / 16.11.2023
Rivaldo və Neymarın bacısı dövlət çevrilişinə cəhddə ittiham olunur
Hazırda oxunan: Rivaldo və Neymarın bacısı dövlət çevrilişinə cəhddə ittiham olunur
Hazırda oxunan: Rivaldo və Neymarın bacısı dövlət çevrilişinə cəhddə ittiham olunur
164582
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.