"Qarabağ"ın qapıçısı Andrey Lunev Avropa Liqasının H qrupunun 4-cü turunda “Bayer”ə qarşı Bakıda keçirilən görüşdə (0:1) aldığı zədədən sonra bərpasını davam etdirir.
Bizim.Media xəbər verir ki, artıq bu həftənin sonunda 32 yaşlı qapıçı fərdi proqrama uyğun məşqlərə başlayacaq.
Əgər hər şey həkimlərin planlaşdırdığı kimi gedərsə, rusiyalı qolkiperin “Molde” ilə görüşdə meydana çıxmaq şansı yaranacaq.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ" noyabrın 30-da Norveçdə "Molde" ilə qarşılaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:20 / 13.11.2023
“Qarabağ”ın qapıçısının son vəziyyəti AÇIQLANDI
Hazırda oxunan: “Qarabağ”ın qapıçısının son vəziyyəti AÇIQLANDI
Hazırda oxunan: “Qarabağ”ın qapıçısının son vəziyyəti AÇIQLANDI
164241
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.