Argentinalı hücumçu Lionel Messi 2022/23 mövsümünün sonunda ABŞ-nin "İnter Mayami" klubunun ən yaxşı oyunçusu seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Bu ilin yayından "İnter Mayami"də çıxış edən Messi tezliklə kapitan sarğısını alıb. Avqustun 20-də argentinalı ilk kuboku - Liqa Kubokunu qazanıb. İnter Mayamidə keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var.
Xatırladaq ki, oktyabrın 30-da argentinalı hücumçu karyerasında səkkizinci dəfə “Qızıl top”u qazanıb. Messi 2022-ci ilin dekabrında Argentina yığması ilə dünya çempionu olub.
Messi karyerasında "Barselona"da da oynayıb və klubla on İspaniya çempionu, dörd UEFA Çempionlar Liqası, yeddi İspaniya Kuboku, səkkiz İspaniya Superkuboku, üç Avropa Super Kuboku və üç Klublararası Dünya Kuboku qazanıb. PSJ-nin üzvü kimi iki dəfə Fransa çempionu olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:40 / 13.11.2023
Messi "İnter Mayami"nin ən yaxşı oyunçusu seçildi
Hazırda oxunan: Messi "İnter Mayami"nin ən yaxşı oyunçusu seçildi
Hazırda oxunan: Messi "İnter Mayami"nin ən yaxşı oyunçusu seçildi
164080
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.