"Bayer"lə matçda zədələnən "Qarabağ"ın qapıçısı Andrey Lunyovun durumu bəlli olub.
Bizim Media xəbər verir ki, 32 yaşlı qolkiper 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "Qarabağ"ın həkimi Gena Kislari Rusiya mətbuatına açıqlamasında bildirib.
Təcrübəli qapıçı Rusiya millisinin Kuba ilə keçirəcəyi yoldaşlıq oyununda iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Qarabağ" Andrey Lunyovu mövsümün əvvəlində heyətinə qatıb. O, Ağdam təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
12:51 / 11.11.2023
“Qarabağ”ın qapıçısı iki həftə oynamayacaq
Hazırda oxunan: “Qarabağ”ın qapıçısı iki həftə oynamayacaq
Hazırda oxunan: “Qarabağ”ın qapıçısı iki həftə oynamayacaq
163882
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.