Xavi növbədənkənar iclas keçirdi

Hazırda oxunan: Xavi növbədənkənar iclas keçirdi

163554

"Barselona"nın baş məşqçisi Xavi Ernandes UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Şaxtyor"a məğlubiyyətdən (0:1) sonra futbolçuları ilə 45 dəqiqəlik növbədənkənar görüş keçirib. 

Bizim.Media xəbər verir ki, bu barədə AS məlumat yayıb. 

Bu gün Xavi “Barselona”nın bütün futbolçu və məşqçi heyətini paltardəyişmə otağına toplayıb. İspaniyalı mütəxəssis komanda ilə motivasiya söhbəti aparıb.

Görüşün müsbət mənada keçdiyi qeyd edilir. Heyət və futbolçular belə qənaətə gəliblər ki, oyunda yaranan problemlərə tez bir zamanda son qoyub, qarşıdakı matçlarda yüksək pilləyə qalxmaq lazımdır. 
Xatırladaq ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4 turundan sonra “Barselona”nın 9 xalı var və H qrupunda 1-ci yeri tutur. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin