İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Bakı Kristal Zalı” Məhdud Məsuliyyətli Cəmiyyəti Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalyıb.
MÖVZU İLƏ BAĞLI:
“Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası” TƏSDİQ EDİLİB
Qərara əsasən Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında təsərrüfathesablı qurumlar bölməsinə “Bakı Kristal Zalı” MMC əlavə edilib.
İqtisadiyyat Nazirliyi və Gənclər və İdman Nazirliyi bu qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidir.
Bizim.Media