Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında hakim haqsızlığı ilə üzləşib. 
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. 
Bildirilib ki, ilk görüşündə italiyalı Andrea Karlino ilə üz-üzə gələn B.Ağayev hakimin yanlış qərarı nəticəsində sonda rəqibinə məğlub olub: “Ağayev Karlino ilə görüşə kifayət qədər inamlı başladı. Təbii ki, italyan passivliyinə görə xəbərdarlıqlar aldı. Lakin sonra döyüşün mənzərəsi bir qədər dəyişdi. Hakim Balabəyə “şido” verməyə başladı və döyüş “qızıl hesaba” çevrildi.  
Əlavə vaxtda da cüdoçumuz fəallıq göstərməsinə baxmayaraq, səbəbsiz olaraq passivliyə görə üçüncü xəbərdarlığı aldı. O, hakimlərdən jestlərlə epizodu yenidən nəzərdən keçirməyi xahiş edərək, tatamidən çıxmaqdan imtina etdi. Lakin qərar qüvvədə qaldı və Balabəy tatamini məyus tərk etdi”. 
Qeyd edək ki, Balabəy Ağayev son üç ildə iki dəfə Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqənin qalibi olub. 
Bizim.Media
 

- A-
- A
- A+
İdman
							19:16 / 03.11.2023
							
						Avropa çempionatında cüdoçumuza haqsızlıq edildi
						
							
								Hazırda oxunan: Avropa çempionatında cüdoçumuza haqsızlıq edildi							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Avropa çempionatında cüdoçumuza haqsızlıq edildi							
						162801
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































