“Qalatasaray” Okan Burukun maaşını ARTIRDI 

Hazırda oxunan: “Qalatasaray” Okan Burukun maaşını ARTIRDI 

162604

"Qalatasaray"la yeni 1 illik müqavilə imzalayan Okan Burukun maaşının məbləği bəlli olub.

Bizim Media xəbər verir ki, bu haqda Türkiyənin "Milliyyət" qəzeti məlumat yayıb.  

Bildirilib ki, ötən mövsüm bir mövsümə 20 milyon lirə (bugünkü məzənnəyə uyğun olaraq 665 min avro) qazanan baş məşqçinin maaşı 150 faiz artırılıb.  

Onun yeni müqavilədə bir mövsüm üçün maaşı 50 milyon lirə (1 milyon 663 min avro) təyin edilib.  Bundan başqa, onun üçün bonuslar da nəzərdə tutulub.  
Qeyd edək ki, 2022-ci ildə "Qalatasaray"ın baş məşqçisi təyin edilən Okan Buruk ilk mövsümdəcə komandaya Türkiyə çempionluğu qazandırıb. Onun rəhbərliyi altında "Qalatasaray" 2023/24 mövsümündə Çempionlar Liqasının qrupuna da düşüb. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin