Ağır zədə alan Neymar futbola nə vaxt qayıdacaq?

Hazırda oxunan: Ağır zədə alan Neymar futbola nə vaxt qayıdacaq?

162517

"Əl-Hilal"ın (Səudiyyə Ərəbistanı) və Braziliya millisinin hücumçusu Neymarın yaşıl meydana qayıdacağı təxmini vaxt bəlli olub. 

Bizim.Media xəbər verir ki, bu haqda Braziliyanın "Globo" nəşri məlumat yayıb.  

Bildirilib ki, noyabrın 2-də 31 yaşlı futbolçunu Braziliya millisinin həkimi Rodriqo Lasmar əməliyyat edəcək.

Onun zədəsini sağaltmasının 10 ay çəkəcəyi bildirilib. Bu o deməkdir ki, Neymar bir də ən yaxşı halda 2024-cü ilin avqust ayında komandasına kömək edə biləcək. 

Xatırladaq ki, Neymar oktyabrın 18-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvaya qarşı oyununda (0:2) ciddi zədə alıb. Forvarda sol dizində çarpaz bağın qırılması və menisk yırtığı diaqnozu qoyulub. Əvvəlcə onun bərpa dövrünün altı aydan çox çəkəcəyi bildirilmişdi. 
Bu yay hücumçu PSJ-dən Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçib. O, komandanın heyətində 5 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin