Azərbaycanın 11 cüdoçusu Avropa çempionatında mübarizə aparacaq

Hazırda oxunan: Azərbaycanın 11 cüdoçusu Avropa çempionatında mübarizə aparacaq

162321

Azərbaycanın qadın və kişi cüdoçulardan ibarət yığmalarının noyabrın 3-də Fransanın Monpelye şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb. 

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, üç gün davam edəcək milli komandaların 9 çəki dərəsində 11 üzvü mübarizə aparacaq. 

Qadınlar arasında Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) öz güclərini sınayacaq. Kişilərdən isə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kiloqram), Yaşar Nəcəfov (66 kiloqram), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kiloqram), Zelim Tçkayev (81 kiloqram), Murad Fətiyev (90 kiloqram), Zelim Kotsoyev (100 kiloqram) və Uşangi Kokauri (+100 kiloqram) tatamiyə çıxacaqlar. 
Qeyd edək ki, Avropa çempionatında cüdoçular federasiyanın vitse-prezidenti Elnur Məmmədli başda olmaqla, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcəklər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin