Mehman Əzizov işdən çıxarıldı - “Müqaviləni imzalayanda oxumamışdım”

Hazırda oxunan: Mehman Əzizov işdən çıxarıldı - “Müqaviləni imzalayanda oxumamışdım”

162222

Cüdo üzrə Azərbaycan millisinin böyük məşqçisi Mehman Əzizov işdən çıxarılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Qafqazinfo”ya o, özü məlumat verib.  

Mehman Əzizov ona səbəb bildirmədən işdən çıxarıldığını deyib: 

“Gəlib dedilər ki, işdən azad olunursuz. Səbəb isə bildirmədilər. Rəhbərliyin qərarı olduğunu açıqladılar”.  

“Sizin müqaviləniz yox idi” sualına isə M.Əzizov belə cavab verib:  

“Müqaviləm var idi. Amma sözləşmədə qeyd olunub ki, federasiya rəhbərliyi istənilən vaxt işdən azad edə bilər, maaşları kəsə bilər. Müqaviləni imzalayanda oxumamışdım. Amma indi mənə o bəndlərin olduğunu göstərdilər”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin