Qurban Qurbanov: “Xankəndidə oynamağa hazırıq"

Hazırda oxunan: Qurban Qurbanov: “Xankəndidə oynamağa hazırıq"

162217

"Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Çox da istəkli idilər. Futbolçularımın oyuna ilk dəqiqələrdən yanaşmasından narazı qaldım. Amma belə oyunlar, nəticələr bu arada gözləniləndir.

Başqa sözüm yoxdu, qarşıdakı oyunlara hazırlaşacağıq". 

Bizim.Media xəbər verir ki, bu sözləri "Qaraağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 11-ci turunda "Araz-Naxçıvan"a məğlub olduqları (1:2) matçdan sonra təşkil olunan mətbuat konfransında eyib: 

Mütəxəssis komandasında yorğunluğun olduğunu deyib: "Bir az psixoloji gərginlik və fiziki yorğunluq var idi. Oyuna daha ciddi yanaşmaq lazım idi. Belə hallar olur. Qarşıdakı oyunlarda bunları aradan qaldırmağa çalışacağıq. Komanda bir az oyun ritmindən düşüb". 

O, buraxdıqları qollar haqqında da danışıb:

"Texniki səhvdir. Qol olmayası yerdən vurdular. İkinci qolda hörmətli hakimlərimiz cərimə zərbəsi verməli idilər. Rəqib Yankoviçə qarşı qaydanı pozmuşdu. Nəsə desək dəyişən bir şey olmayacaq. Son dəqiqələrdə belə qollar dəfələrlə görmüşük. Həkimlər diqqətli olmalıdır. Rəqib komandanın məşqçiləri çox istəkli kollektiv yaradıb. Nəticələri boşuna deyil". 

Q.Qurbanov "Qarabağ"ın Xankəndidə oyunlar keçirəcəyi deyilir. Bu, cari mövsümdə nə dərəcədə realdır" sualına bu cür cavab verib:

"Bu, mənə aid olmayan sualdır. Çünki, dövlət səviyyəsində verilməli olan qərardır. Əgər belə qərar verilsə, biz orada oynamağa hazırıq". 

Mütəxəssis komandasının mövsümə uğursuz start verməsi haqqında sualı da cavablandırıb: "Məğlub oluruqsa, səbəbini özümüzdə axtarmalıyıq. Bəzən rotasiyalar özünü doğrultmur. Futbolun qanunlarıdır. Böyük klublar da məğlub olurlar". 

Q.Qurbanov Adama Diakabinin adını artıq Avropa Liqasının qarşıdakı oyunları üçün UEFA-da sifariş ərizəsinə daxil etməyin mümkün olmadığını bildirib:

"UEFA-da limit bağlanıb. Yanvar ayına kimi heç bir oyunçunu siyahıya əlavə edə bilmərik". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin