Qadın futbolçunu öpən federasiya prezidentinə 3 illik cəza verildi

Hazırda oxunan: Qadın futbolçunu öpən federasiya prezidentinə 3 illik cəza verildi

162191

İspaniya Kral Futbol Federasiyasının (RSFF) prezidenti Luis Rubiales üç il müddətinə milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırılıb.  

Bizim.Media xəbər verir ki, bu barədə FIFA-nın İntizam Komitəsi qərar qəbul edib.  

Funksioner ali qurumun İntizam Məcəlləsinin 13-cü maddəsini pozduğu üçün cəzalandırılıb. Luis Rubiales avqustun 20-də qadınlar arasında dünya çempionatının finalı zamanı baş vermiş hadisəyə görə ilkin olaraq 90 gün diskvalifikasiya edilmişdi.

Qeyd edək ki, İspaniya yığması DÇ-2023-ün finalında İngiltərəni 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Luis Rubiales mükafatlandırma mərasimində İspaniya millisinin üzvü Cennifer Ermosonu öpüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin