“Qarabağ”ın məşhur futbolçusu 3 ay sonra oyuna çıxdı

Hazırda oxunan: “Qarabağ”ın məşhur futbolçusu 3 ay sonra oyuna çıxdı

162187

“Qarabağ”ın futbolçusu Marko Veşoviç 3 ay sonra yaşıl meydana qayıdıb. 

Bizim.Media xəbər verir ki, monteneqrolu müdafiəçi bu gün “Araz Naxçıvan”a qarşı keçirilən Misli Premyer Liqasının 11-ci turunun oyununda start heyətdə meydana çıxıb.  

Veşoviçin adı bu həftə “Bayer”ə qarşı keçirilən Avroliqanın iştirakçıları sırasında olsa da, o, sonadək ehtiyatda qalmışdı. 
Qeyd edək ki, 31 yaşlı oyunçu bu ilin iyulun 25-də, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakov”la Polşadakı oyundan bir gün əvvəl məşq zamanı ağır zədə almışdı. 

O, bugünkü görüşə qədər son dəfə “Qarabağ”a ÇL-in birinci təsnifat mərhələsində “Linkoln”la Bakıdakı cavab matçında kömək etmişdi. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin