Messi sponsorlar üşün ən cəlbedici İDMANÇIDIR – SİYAHI  

Hazırda oxunan: Messi sponsorlar üşün ən cəlbedici İDMANÇIDIR – SİYAHI  

162149

“SportsPro”nun məlumatına görə, yeddi dəfə “Qızıl top”u qazanan, “İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi, 2023-cü ildə sponsorlar tərəfindən ən yüksək tələbata malik idmançı olub.  

Bizim.Media xəbər verir ki, bu reytinqdə ikinci yeri “Los-Angeles Leykers”in hücumçusu Lebron Ceyms tutub.  

Üçüncü yerdə qadınlardan ibarət futbol üzrə ABŞ millisinin hücumçusu Aleks Morqan qərarlaşıb.

İlk onluqda Morqanın komanda yoldaşı Meqan Rapinoe və PSJ-nin hücumçusu Kilian Mbappe də yer alıb.  

Qeyd edək ki, ötən il bu reytinqə başçılıq edən “Ən-Nəsr” və Portuqaliya millisinin hücumçusu, “Qızıl top”un beşqat qalibi Kriştiano Ronaldo bu dəfə siyahıda ilk iyirmiliyə düşə bilməyib.

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland da yüksək tələbata malik olmayıb. Ronaldo 27-ci, Haaland isə 33-cü yerdədir. 

Ən çox reytinqə malik 10 idmançının sıyahısı belədir: 

Lionel Messi, futbol, 36 yaş. 

LeBron Ceyms, basketbol, 38 yaş. 

Aleks Morgan, futbol, 34 yaş. 

Yannis Antetokumbo, basketbol, 28 yaş. 

Meqan Rapinoe, futbol, 38 yaş. 

Mikaella Şiffrin, dağ xizəkçisi, 28 yaş. 

Lyuis Hemilton, F1, 38 yaş. 

Simona Bayls, bədii gimnastika, 26 yaş. 

Kilian Mbappe, futbol, 24 yaş. 

Maks Ferstappen, F1, 26 yaş. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin