Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Sabah"ı qəbul edib.
"Neftçi Arena"dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib.
90+4-cü dəqiqədə meydan sahiblərinin heyətində Yuri Matias ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bir dəqiqə sonra "Sabah"dan Boyan Letiç qələbə qolunun müəllifi olub.
Bu nəticədən sonra "ağ-qaralar" 15 xalla beşinci pillədə qalıb. "Bayquşlar" isə 13 xalla səkkizincidir.
Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "Qəbələ" ilə qolsuz heç-heçəyə razılaşıb.
XI tura sabah "Araz-Naxçıvan" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. Əvvəlki qarşılaşmalarda "Turan Tovuz" "Kəpəz"i 4 cavabsız qolla üstələyib. "Zirə" - "Səbail" matçında isə qalib müəyyənləşməyib - 2:2.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:50 / 29.10.2023
"Sabah" futbolçuları səfərdə "Neftçi"ni məğlub etdi
Hazırda oxunan: "Sabah" futbolçuları səfərdə "Neftçi"ni məğlub etdi
Hazırda oxunan: "Sabah" futbolçuları səfərdə "Neftçi"ni məğlub etdi
162045
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.