Kikboksçumuz Səudiyyə Ərəbistanında qızıl medal qazandı

Hazırda oxunan: Kikboksçumuz Səudiyyə Ərəbistanında qızıl medal qazandı

161840

Kikboksçumuz Amin Quliyev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən III Ümumdünya Kombat Oyunlarında ölkəmizə daha bir qızıl medalı qazandırıb.  

Bizim.Media xəbər verir ki, o, finalda ötən il Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəylik Oyunlarının qalibi Ali Atabərk Gürbüzcanla qarşılaşıb.  

"Lou kik" 60 kq çəki dərəcəsində keçirilən döyüşdə gənc idmançımız türkiyəli rəqibinə qalib gələrək multiidman yarışının qızıl medalını qazanıb.

Qeyd edək ki, Eduard Məmmədovun tələbəsi olan və öz ləqəbini verdiyi "Ağ canavar" Amin Quliyev 1/4 finalda Andres Unsue Kazaxusu (İspaniya) və 1/2 finalda Maksim Semençuku məğlub etmişdi.
Xatırladaq ki, bu, multiidman yarışında Azərbaycan Kikboksinq Federasiyası (AKF) idmançılarının bu il qazandığı 2-ci böyük uğurdur. Bu il Polşanın Mışlenitse şəhərində Eduard Məmmədovun digər tələbəsi Fərid Ağamoğlanov III Avropa Oyunlarının qızıl medalını qazanmışdı.

Bununla da AKF idmançıları 2-ci böyük multididman yarışından 100%-lik nəticə ilə qayıtmağı bacarıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin