“Sumqayıt”ın müdafiəçisi İsa Suliman əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, Premyer Liqanın 10-cu turunun “Sabah”la oyununda zədələnən pakistanlı futbolçuya medial menisk yırtığı diaqnozu qoyulub.
Türkiyənin paytaxtı Ankara şəhərindəki “Acıbadem” xəstəxanasında tanınmış cərrah Prof.Dr. Mehmet Serdar Binnet tərəfindən aparılan əməliyyat uğurlu keçib.
Artıq bu gün Sumqayıta dönəcək müdafiəçinin reabilitasiyasına burada davam ediləcək. Onun ən gec iki ay ərzində yenidən tam gücü ilə çalışmalara başlayacağı gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:08 / 27.10.2023
“Sumqayıt”ın futbolçusu ƏMƏLİYYAT OLUNDU
Hazırda oxunan: “Sumqayıt”ın futbolçusu ƏMƏLİYYAT OLUNDU
Hazırda oxunan: “Sumqayıt”ın futbolçusu ƏMƏLİYYAT OLUNDU
161767
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.