Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov milli komandanın sabiq futbolçuları ilə görüşüb.
Bizim.Media xəbər verir ki, tədbirdə Əfran İsmayılov, Rəşad Sadiqov, Kamran Ağayev, Cavid Hüseynov, Rahid Əmirquliyev, Elvin Məmmədov, Ruslan Əmircanov, Cavid İmamverdiyev və Elhad Nəzirov kimi tanınmış simalar iştirak ediblər.
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov yığma komandamızın sabiq futbolçularının minifutbola maraq göstərməsindən məmnun olduğunu bildirib.
Minifutbolun ölkəmizdəki inkişafından və kütləviliyindən danışan Orxan Məmmədov tədbir iştirakçıları ilə söhbətləşib və onların fikirlərini dinləyib. Yekunda millinin sabiq futbolçularından ibarət “Xankəndi” komandasının yaradılmasına və minifutbol üzrə ölkə çempionatında iştirakına qərar verilib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
13:34 / 26.10.2023
“Xankəndi” minifutbol komandası yaradıldı - FOTO
Hazırda oxunan: “Xankəndi” minifutbol komandası yaradıldı - FOTO
Hazırda oxunan: “Xankəndi” minifutbol komandası yaradıldı - FOTO
161605
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.