Cüdoçumuz qran-pridə bürünc medal QAZANDI 

Hazırda oxunan: Cüdoçumuz qran-pridə bürünc medal QAZANDI 

161409

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin ilk günü yekunlaşıb.  

Bizim.Media xəbər verir ki, bu gün qadınlar arasında 48 kq çəki dərəcəsində yarışan Leyla Əliyeva üçüncü yer uğrunda mübarizədə italiyalı Franseska Milani ilə qarşılaşıb. Rəqibini məğlub edən Leyla Əliyevə bürünc medala sahib çıxıb. 

66 kq çəki dərəcəsində çıxış edən Ruslan Paşayev bürünc medal uğrunda görüşdə Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandah Bayanmunha uduzub. 

Azərbaycanın 6 cüdoçusu isə mübarizəni erkən dayandırıb. Bunlar Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), Kəramət Hüseynov (66 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və 57 kq-da çıxış edən Fidan Əlizadədir. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin