Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının lideri Anna Başta Türkiyənin İstanbul şəhərində keçirilən “Satellite” turnirində bürünc medal qazanıb.
Bizim.Media xəbər verir ki, qadın sablyaçıların şəxsi yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran idmançı yarımfinaladək irəliləməyi bacarıb.
O, pley-offda Gürcüstan təmsilçisi Yeva Ahamian (15:5), əlcəzairli Kehla Zohra Nora (15:6), rumıniyalı Sabina Martis (15:12) və Türkiyə qılıncoynadanı Erbil Nisanura (15:8) qalib gələrək yarımfinala yüksəlib.
Anna Başta finalın bir addımlığında Ukrayna sablyaçısı, sonradan turnirin qalibi olan Olqa Xarlana 10:15 hesabı ilə uduzub və bürünc medalla kifayətlənib.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:30 / 22.10.2023
İdmançımız beynəlxalq turnirdə bürünc medal qazandı
Hazırda oxunan: İdmançımız beynəlxalq turnirdə bürünc medal qazandı
Hazırda oxunan: İdmançımız beynəlxalq turnirdə bürünc medal qazandı
160960
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.