“Qarabağ” legioneri ilə müqaviləni uzatmaq istəyir

Hazırda oxunan: “Qarabağ” legioneri ilə müqaviləni uzatmaq istəyir

160153

“Qarabağ” ötən yay sıralarına qatdığı Julio Romaonun müqavilə müddətini uzatmaq niyyətindədir.

Bizim.Media xəbər verir ki, braziliyalı legionerlə anlaşmanı 2 illik uzadılması gündəmdədir.  
Məsələ ondadır ki, “sambaçı“ avrokuboklarda çıxışı ilə Avropanın bir neçə ölkəsinin aparıcı komandalarının maraq dairəsinə düşüb. Azərbaycan çempionu isə ona gələn təkliflərin çoxluğundan xəbərdardır.  

Məhz bu səbəbdən də Romaoya yeni müqavilə təklif etmək istəyir.  

Qeyd edək ki, yarımmüdafiəçinin mövcud müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir. 25 yaşlı cənubi amerikalı peşəkar futbolçu kimi 2020-ci ildən Portuqaliyada - “Santa Klara”da çıxış edib. Daha əvvəl isə Braziliyada “Paranaense" və “Ponte Preta”nın formasını geyinib. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin