Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində Estoniya ilə matçın ilk hissəsindən qalib ayrılıb.
Bizim.Media xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda səfərdə keçirilən oyun zamanı 0:2 hesabla öndədir.
Belə ki, qarşılaşmanın 45+4-cü dəqiqəsində Ramil Şeydayev penalti zərbəsi ilə fərqlənib.
Qeyd edək ki, görüşün 9-cu dəqiqəsində Toral Bayramov hesabı açıb.
20:00. Estoniya - Azərbaycan - 0:2 (Fasilə)
Qollar: Toral Bayramov, 9, Ramil Şeydayev, 45+4-pen.
Baş hakim: Xesus Xil Mansano (İspaniya)
Bizim.Media