\"Azərbaycan millisi səviyyə baxımından bizə ən yaxın rəqibdir\" - Tomas Haberli 

Hazırda oxunan: \"Azərbaycan millisi səviyyə baxımından bizə ən yaxın rəqibdir\" - Tomas Haberli 

159616

“Biz optimistik, eyni zamanda realist olmalıyıq. Azərbaycan səviyyə baxımından bizə ən yaxın rəqibdir və bu, təbii ki, oyunu vacib edir". 

Bizim.Media xəbər verir ki, bu sözləri Estoniya millisinin baş məşqçisi Tomas Heberli Avro-2024-ün seçmə mərhələsində sabah Azərbaycan yığması ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib. 

Bakıda Azərbaycan millisi ilə 1:1 hesabı ilə başa çatan matçı xatırlayan mütəxəssis yığmamız haqda müsbət fikirlər səsləndirib:  

"Biz həmişə öz oyunumuzu yüksəltməyə çalışırıq. Biz bu rəqiblə Bakıda yaxşı oynadıq, xüsusən də birinci hissədə. Azərbaycanın texniki cəhətdən yaxşı və aqressiv komandası var, onlar yaxşı səviyyədə oynayırlar. Amma bizim də yaxşı komandamız var. Oyuna nəzarət etməyi bacarmalıyıq, baxmayaraq ki, onlar topa oynamağı sevirlər. Azərbaycan millisi İsveçə qarşı oyunda rəqiblərindən daha çox topa sahib oldu və bu, onlar haqqında çox şey deyir. Biz kompakt olmalıyıq, hücum və müdafiə arasında yaxşı tarazlıq tapmalıyıq”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin