Canni De Byazi: "Kimisə milliyə çağırmıramsa, deməli səbəblər var"

Hazırda oxunan: Canni De Byazi: "Kimisə milliyə çağırmıramsa, deməli səbəblər var"

159612

Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah səfərdə Estoniya yığmasının qonağı olacaq.  

Bizim.Media xəbər verir ki, yığmamızın baş məşqçisi Canni De Byazi qarşılaşmadan öncə keçirilən mətbuat konfransında açıqlama verib:  

- Estoniya ilə Bakıdakı ilk oyunun birinci hissəsində yaxşı çıxış etməmişdik. İkinci hissədə isə tam fərqli oyun nümayiş etdirmişdik. Sabah ilk oyunun ikinci hissəsindəki kimi oynamalıyıq. Heç bir baş məşqçi oyundan əvvəl uduzmaq və ya heç-heçə etmək istədiyini demir.
Sabah çox ağıllı oynamalıyıq. Son bir ildə 13 matç keçirmişik. 6 qələbə qazanmışıq. Avstriya və İsveç kimi güclü rəqiblərə uduzmuşuq. Həmin qarşılaşmalarda böyükhesablı məğlubiyyət bizim üçün dərs olmalıdır.

- Estoniya da sabah qələbə qazanmaq istəyir, siz də. Hər iki komanda üçün qalibiyyət çox önəmlidir...  

- Heç bir məşqçi oyundan əvvəl uduzmaq və heç-heçə etmək istədiyini demir. Sabah çox ağıllı oynamalıyıq. Çox vaxt top bizdə olur, amma qol vura bilmirik. Sabah qol vurmağa çalışacağıq.  

- Hücum oyunçularımız hazırda yaxşı formadadır. Sabah start heyətdə kimləri görə bilərik?

- Mənim üçün hamısı çox vacib oyunçulardır. Hər matçda onlardan qol gözləyirəm.  

- Komanda 4 oyunda 1 xal toplayıb. Bizim sizdən gözləntimiz bu deyildi. Sabah qələbə qazanmaq üçün bəlkə də son şansdır. Qazaxıstan millisi öz qrupunda 12 xal toplayıb. Azərbaycan niyə bu uğura imza ata bilmir?  

- Qazaxıstanın qrupunda Belçikadan güclü komanda var? Danimarka, Finlandiya güclüdür? Kimin kimdən güclü olduğunu meydan göstərəcək. Əlimizdən gələni edəcəyik. Qələbə qazanmaq üçün hər şey etməliyik. Rəqib də qələbə qazanmaq istəyir. Bu qrupda möcüzə gözləyirdiksə, deməli rəqiblərin heyətinə baxmamışıq.

- Üç ildir Azərbaycandasız. İtaliya mətbuatına müsahibələrinizdə demisiz ki, futbolçuların keyfiyyəti aşağıdır. Keyfiyyəti yüksəltmək üçün nə qədər burada qalmalısız? 

- Azərbaycan çempionatının bütün oyunlarına baxıram. 2004-cü il təvəllüdlü Nəriman Axundzadəni milliyə çağırmışam. Futbolu komanda oynayır. Məşqçi təbii ki, kömək edir. Amma meydanda oyunçular olur. Əlimizdən gələni edirik. Fərdi səhvlər nəticəyə təsir edir. Gündü-gündən inkişaf etməliyik. Bir evi bir gündə tikə bilmərik.  

- Digər müdafiəçilər zədəli olduğu halda Maksim Medvedevin milliyə çağırılmamasının səbəbi nədir? 

- Bədavi və Bəhlul bizim üçün vacib oyunçudur. Kimisə milliyə çağırmıramsa, deməli səbəblər var. Əgər burada oynamaq istəyiriksə, bunun üçün hər şeyi etməliyik.  

- Milli komanda uzun illər sonra Tofiq Bəhramov adına Respublika Stadionunda oynayacaq. Sizin üçün hansı stadionunda oynamağın fərqi var?  

- Şəxsən mənim üçün heç nə dəyişmir. "Kamp Nou", "San Siro" kimi stadionlarda oynamağa öyrəşmişəm. Bilirəm ki, Respublika Stadionu da önənli, tarixi arenadır. Amma biz stimulu öz içimizdə tapmalıyıq. Bəli, azarkeşlər dəstək olsa, bizə çox yaxşı təsir edər. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin