"Qəbələ" məşqləri bərpa etdi

Hazırda oxunan: "Qəbələ" məşqləri bərpa etdi

159466

Misli Premyer Liqasının 9-cu turunun oktyabrın 7-də keçirilən “Səbail”lə oyunundan (0:1) sonra üç günlük istirahətə buraxılan “Qəbələ” məşqləri bərpa edib.  

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, qırmızı-qaralar” bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında hazırlıq keçib. 

Məşq prosesində komandanın altı üzvü iştirak etməyib. Rəşad Əzizli və Emil Səfərov Azərbaycan milli komandasının düşərgəsində olduğundan, Asif Məmmədovla Feras Abu Akal zədədən sonra bərpa prosesi keçdiyindən hazırlıqdan kənar qalıb. 
Dizindəki zədə səbəbindən cərrahi müdaxilə ediləcəyi gözlənilən Kristof Atanqananın əməliyyat günü hələ dəqiqləşməyib.

Oktyabrın 13-də ailə həyatı quracaq Əyyub Allaş isə vətənində olduğundan hazırlığa qatılmır. 

Xatırladaq ki, “Qəbələ” 10-cu tur çərçivəsində keçiriləcək növbəti oyununu oktyabrın 22-də Qəbələ şəhər stadionunda “Araz-Naxçıvan”a qarşı keçirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin