Putini təbrik edən baş məşqçi qovuldu

Hazırda oxunan: Putini təbrik edən baş məşqçi qovuldu

159109

Estoniyanın “Smsraha” mini-futbol klubunun serbiyalı məşqçisi Vladimir Yovanoviç Rusiya prezidenti Vladimir Putini sosial şəbəkədə ad günü münasibətilə təbrik etdikdən sonra işdən çıxarılıb.  

Bizim.Media xəbər verir ki, “Uzun ömür, adaş! Serblər və ruslar əbədi olaraq qardaşdırlar!” – deyə Yovanoviç öz sosial şəbəkə hesabında yazıb.  

Yovanoviçin işlədiyi klubdan verilən məlumata görə, əməkdaşlığa xitam verilməsinə səbəb məşqçinin sosial şəbəkələrdə nalayiq davranışı olub. 

Klub rəhbərliyi də mütəxəssisin Ukraynadakı müharibə zamanı bu cür rəftarını yersiz adlandırıb. “Yovanoviç əməkdaşlığa son qoymaq qərarını anlayışla qarşıladı. Onun sözlərinə görə, sosial şəbəkələrdəki yazının heç bir siyasi mənşəyi yoxdur”, – deyə mini-futbol klubunun rəhbəri bildirib. 
Yovanoviç özü Serbiyanın “Delfi” portalına müsahibəsində hər kəsin öz fikrini söyləmək hüququ olduğunu qeyd edib. Onun fikrincə, kimsə insanlara nə düşünməli olduğunu deməməlidir. Yovanoviç bunu söz azadlığı adlandırıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin