Azərbaycan millisinin üzvü Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyespor" Türkiyə I Liqasında növbəti oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, sözügedən komanda səfərdə "Altay"la qarşılaşıb.
Görüş Ümraniye təmsilçisinin qələbəsiylə başa çatıb - 3:0.
Coşqun bu görüşdə start heyətdə yer alıb və 77-ci dəqiqədə əvəzlənib. Diniyev 67-ci dəqiqədə komandasının ilk qolunu vurub. "Ümraniyespor" 8 turdan sonra 5 xalla 17-ci sırada qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media