FİFA Avropa və Asiya futbol assosiasiyalarını bir ARAYA GƏTİRDİ

Hazırda oxunan: FİFA Avropa və Asiya futbol assosiasiyalarını bir ARAYA GƏTİRDİ

158736

Hazırda FİFA-nın əsas məqsədi bütün dünyada futbol standartlarını yüksəltməkdir. Bunun üçün qurumun müxtəlif regionlardakı üzv assosiasiyaları arasında təcrübə mübadiləsinin və əməkdaşlığın səviyyəsi günbəgün artırılır. 

Bizim.Media FİFA-nın rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, Asiyada futbolun daha sürətli inkişafı üçün oktyabrın əvvəllərində Özbəkistanın paytaxtı Daşkənddə ilk dəfə olaraq FİFA Avropa və Mərkəzi Asiya ölkələrinin futbol qurumları üçün seminar təşkil edib.  

Seminarda Avropaya üzv assosiasiyaların nümayəndələri Mərkəzi Asiyadan olan həmkarları ilə futbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar. Əvvəlcə “FIFA Forward” inkişaf proqramının dəstəyi ilə həyata keçirilən işlərin təqdimatı olub. 

Tədbirdə çıxış edən FİFA-nın Avropa Üzv Assosiasiyalarının Avropa üzrə regional direktoru Elxan Məmmədov bu cür görüşlərin keçirilməsinin önəmindən söz açıb:  

“Bu, Asiya və Avropanın futbolun inkişafının müxtəlif aspektlərini və futbol federasiyalarının inkişafını müzakirə etmək üçün bir araya gəldiyi ilk seminardır. Təbii ki, FİFA nəinki Asiyada, hətta Avropada, Afrikada və digər qitələrdə belə tədbirləri getdikcə daha çox keçirməyə çalışacaq. Bu cür seminarlar ümumilikdə futbolun inkişafı və idarə olunması ilə bağlı əlavə bilik və təcrübə əldə etmək imkanı verir. 

Seminar üçün seçilmiş mövzulara elit klub yarışlarının davamlılığı, infrastruktura investisiyalar, qadın futbolunun inkişafı, beynəlxalq turnirlərə ev sahibliyi və effektiv maliyyə nəzarəti kimi məsələlər daxildir”. 

Qeyd edək ki, seminarın keçirilməsi FİFA prezidenti Canni İnfantinonun 2023-cü ilin mayında Mərkəzi Asiyaya səfərindən sonra qərarlaşdırılıb. Seminarda UEFA-ya üzv olan Azərbaycan, Avstriya, Çexiya, Macarıstan, Portuqaliya, Türkiyə və Qazaxıstanla yanaşı, Mərkəzi Asiya Futbol Assosiasiyası (CAFA) regionundan olan altı üzv assosiasiya - Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan, İran və Əfqanıstan da iştirak edib.  

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin