Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da növbəti oyununa çıxıb.
MÖVZU İLƏ BAĞLI:
"Qarabağ" "Hekken"lə qarşılaşmada hesabı açdı - VİDEO
Qurban Qurbanovun komandası İsveçin "Hekken" klubunun qonağı olub. Görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da Ağdam təmsilçisi qrupda ardıcıl 2-ci qələbəsini qazanıb. Komanda ilk turda Norveç "Molde"sini üstələmişdi (1:0).
5 oktyabr
UEFA Avropa Liqası
H qrupu
23:00."Hekken" (İsveç) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Juninyo, 70 (0:1)
Baş hakim: Sebastian Qishamer (Avstriya)
Bizim.Media