5-6 oktyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağırllıqaldırma üzrə Azərbaycan birinciliyində ilk yarış günü arxada qalıb.
Bizim.Media xəbər verir ki, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.
Körpücük üzərinə ilk olaraq qadınlar çıxıb. 49, 55, 59, 64, 71, 76, 81, 87 və +87 kq çəki dərəcələrində müvafiq olaraq Sona Quliyeva, Selcan Qarayeva, Nigar Əliyeva, Fazilə İmanova, Zəhra Niftəliyeva, Günel Əliyeva, Rahilə Hüseynzadə, Mələk Hüseynli və Nuranə Məhərrəmova qalib adlarını qazanıblar.
Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan atletlər çıxıblar. Toplam 215 kq (95+150) nəticə ilə Dəniz Cabbarlı qızıl, 162 kq (71+91) nəticə ilə Xəyyam Allahverdiyev gümüş, 160 kq (70+90) nəticə ilə Dəniz Bağırov isə bürünc medal qazanıb.
Çəkisi 61 kq-a qədər olan atletlərin yarışında Elşən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, toplam 240 kq (110+130) nəticə ilə rəqiblərini üstələyib. 202 kq (91+111) nəticə ilə Orxan İmanov gümüş, 200 kq (94+106) nəticə ilə Ramiz Kərimova isə bürünc medala sahib çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:53 / 05.10.2023
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb - FOTO
Hazırda oxunan: Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb - FOTO
Hazırda oxunan: Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb - FOTO
158537
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.