"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda sabah İsveç "Hakken"inin qonağı olacaq.
Bizim.Media xəbər verir ki, matç 43 min azarkeş tutumuna malik olan “Ullevi” stadionunda keçiriləcək.
"Hakken"in ev matçlarını oynadığı "Bravida Arena" 6-7 min azarkeş tutumuna malik olduğu üçün klub daha böyük stadionda avrokubok matçını keçirməyə qərar verib.
Qey edək ki, sabah oynanılacaq "Hakken" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizim.Media