"Əl-İttihad" meydana çıxmaqdan imtina etdi, oyun ləğv olundu 

Hazırda oxunan: "Əl-İttihad" meydana çıxmaqdan imtina etdi, oyun ləğv olundu 

158062

Asiya Çempionlar Liqasının C qrupunun 2-ci turunun İran "Sepahan"ının Səudiyyə Ərəbistanı "Əl İttihad"ını qəbul etməli olduğu matç ləğv edilib. 

Bizim.Media xəbər verir ki, qonaq komanda iranlı general Qasım Süleymaninin heykəlinə görə meydana daxil olmaqdan imtina ediblər. Bu barədə "RMC Sport" məlumat yayıb. 

İsfahandakı (İran) “Nəqş-e Cahan” stadionunda keçirilməli və Bakı vaxtı ilə saat 19:00-da başlamalı idi.

“Əl İttihad” meydanın kənarında, hakim skamyasının arxasında qoyulmuş heykələ görə oyuna başlamaqdan imtina edib. Bu büst 2020-ci ildə İraqda pilotsuz təyyarənin hücumu zamanı həlak olan iranlı general Qassem Soleimanini təmsil edir. Səudiyyə mediasına görə, “Əl-İttihad” “futbolla heç bir əlaqəsi olmayan siyasi elementlərin” olması səbəbindən meydana çıxmayıb. 
Tribunada olan iranlı azarkeşlər meydana müxtəlif əşyalar ataraq narazılıqlarını bildiriblər. 
Səudiyyə Ərəbistanı klubuna bu hadisəyə görə texniki məğlubiyyət verilə bilər - 0:3. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin