Bu gün gənclərdən ibarət yığmamızın üzvü Hüseyn Qaflanov Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə basketbol karyerasını daha üst səviyyədə davam etdirmək üçün ABŞ-a yola düşür. 
Bizim.Media xəbər verir ki, gənclərdən ibarət yığmamızın baş məşqçisi Tahir Baxşıyevin kəşf etdiyi 15 yaşında 210 santimetr boya malik gənc istedadımız bu oyunun sirlərinə daha yaxından yiyələnmək üçün, Cənubi Kaliforniya Akademiyasında (SCA) təhsil alacaq və basketbol üzrə hazırlıq kursları keçəcək.
Bu hazırlıq prosesində basketbolçumuza peşəkar amerikalı mütəxəssislər tərəfindən elit bacarıq təlimləri ilə yanaşı, atletik keyfiyyətlərin və sağlamlıq performansının artırılmasına dair proqramlar da tətbiq olunacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
							15:08 / 01.10.2023
							
						Boyu 210 santimetr olan 15 yaşlı basketbolçumuz ABŞ-a yollandı
						
							
								Hazırda oxunan: Boyu  210 santimetr olan 15 yaşlı basketbolçumuz ABŞ-a yollandı							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Boyu  210 santimetr olan 15 yaşlı basketbolçumuz ABŞ-a yollandı							
						157836
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































