Azərbaycan Premyer Liqasında yeni mövsümün ən diqqətçəkən hadisəsi “Sabah”ın uğursuz startıdır. Son mövsümün gümüş medalçısı çempionata pis start verib.
Təsadüfi deyil ki, 7 turdan sonra komanda aktivində cəmi 1 qələbə olmaqla 5 xalla 8-ci yerdə qərarlaşıb.
Əslində “Sabah” ötən mövsümün ən uğurlu komandasıydı. Xüsusilə də baş məşqçisi Murad Musayev. Bəs nə oldu birdən birə? Çünki “Sabah” yeni mövsümdə hətta “Qarabağ”a çempionluq yolunda təhlükəli və əsas rəqib kimi görülürdü.
Görəsən, komandanın “qara zolağının” səbəbi nədir?
Bizim.Media-nın hazırladığı videosüjeti təqdim edirik:
Rəşad Rafiqoğlu, Bizim.Media