"Neftçi"yə yeni mətbuat katibi təyin olunub. 
Bizim.Media xəbər verir ki, bu haqda paytaxt klubu məlumat yayıb. 
Müxtəlif illərdə futbol üzrə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edən Emin Əfəndi 2014-cü ildə “justfootball.com” saytının və internet üzərində yayımlanan “justfootball” ilk futbol verilişinin layihə rəhbəri kimi çalışıb.
2022-ci ildə “Radio Enerji”də yayımlanan “Səhərin Şərhi” verilişi ilə futbol üzrə ilk səhər radio şousunun layihə rəhbəri olub. Hazırda o, Xalq artisti Miri Yusifin prodüseri və bu ildən ASAN Radionun dəstəyi ilə “Danışır Əfəndi” həftəlik verilişinin layihə rəhbəri, müəllifidir. 
Qeyd edək ki, buna qədər "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyev idi. O, klubdakı struktur dəyişikliyindən sonra Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentində kommersiya rəhbəri təyin edilib. 
Bizim.Media

- A-
- A
- A+
İdman
							10:11 / 28.09.2023
							
						Emin Əfəndi "Neftçi"yə yeni mətbuat katibi təyin OLUNDU
						
							
								Hazırda oxunan: Emin Əfəndi "Neftçi"yə yeni mətbuat katibi təyin OLUNDU  							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Emin Əfəndi "Neftçi"yə yeni mətbuat katibi təyin OLUNDU  							
						157337
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































