Niderland birinci divizionunda 6-ci turun görüşləri baş tutub.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" "Yonq Ayaks”ın qonağı olub.
Matç 1:1 hesabı ilə yekunlaşıb. Meydana start heyətində çıxan Kökçü 90+2-ci dəqiqədə bərabərlik qolunu vurub.
Qeyd edək ki, "Eyndhoven" 10 xalla 20 kollektiv arasında 9-cu pillədədir.
Rəşad Rafiqoğlu, Bizim.Media