Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, günün yeganə matçında "Qarabağ" "Qəbələ"nin qonağı olub.
Qəbələ şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
2-ci dəqiqədə Hamidu Keyta hesabı açıb. 11-ci dəqiqədə Nəriman Axundzadə "köhlən atlar"ın ikinci qolunu vurub. Qonaqların heyətində Kevin Medina 42-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 75-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Lukas Afriko fərqi azaldıb.
Qurban Qurbanov baş məşqçi karyerasında ilk dəfə bu görüşdə qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb.
Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Qarabağ" üçüncü pilləyə yüksəlib. Sonuncu sıradakı "Qəbələ"nin 4 xalı var.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Səbail” “Araz-Naxçıvan”ı məğlub edib (1:0), “Sumqayıt” – “Turan Tovuz” (0:0), “Zirə” – “Neftçi” (1:1) və “Sabah” – “Kəpəz” (2:2) matçları heç-heçə yekunlaşıb.
- A-
- A
- A+
İdman
21:11 / 25.09.2023
"Qəbələ"-"Qarabağ" oyununda qalmaqal: Qurban Qurbanov qırmızı vərəqə aldı - VİDEO
Hazırda oxunan: "Qəbələ"-"Qarabağ" oyununda qalmaqal: Qurban Qurbanov qırmızı vərəqə aldı - VİDEO
Hazırda oxunan: "Qəbələ"-"Qarabağ" oyununda qalmaqal: Qurban Qurbanov qırmızı vərəqə aldı - VİDEO
156956
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.