Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, günün ikinci matçında "Səbail" "Araz-Naxçıvan"ı qəbul edib
Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 45+2-ci dəqiqədə Pedro Nuno penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "dənizçilər" 2-ci pilləyə yüksəlib. Naxçıvan klubu 10 xalla beşincidir.
Qeyd edək ki, günün ilk görüşündə "Sabah" "Kəpəz"lə heç-heçə edib - 2:2. Daha əvvəl "Sumqayıt" - "Turan Tovuz" (0:0) və "Zirə" - "Neftçi" (1:1) qarşılaşmaları bərabərliklə yekunlaşıb. Tura sentyabrın 25-də "Qəbələ" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.
Bizim.Media